Akvitanlar — e.ə. I əsrdə indiki Fransanın cənub-qərbində[1] Pireneylər, Atlantik okeanı və Qaronna arasındakı regionda yaşamış tayfa. Romalılar bu bölgəni "Gallia Aquitania" adlandırdılar. Yuli Sezar və Strabon kimi klassik müəlliflər akvitanları Qalliyanın digər xalqlarından aydın şəkildə fərqləndirir və onların Pireney yarımadasındakı digərləri ilə oxşarlığını qeyd edirlər.
Romalılaşdırılma prosesi zamanı akvitanlar tədricən vulqar latın dilini və Roma sivilizasiyasını mənimsəmişdilər. Onların köhnə dili olan aktivan dili bask dilinin[2] əcdadı və Qaskonda danışılan qaskon dilinin substratı idi.
The Aquitani [...] lived in Gaul in the region between the Garonne River and the Pyrenees in present-day southwestern France [...].